Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qanunsuz yolla keçmək istəyən 23 terrorçu saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Saxlanılanlardan 20-si Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvüdür. Onlardan 2-nin PKK, 1-nin isə "İŞİD" üzvü olduğu bildirilib.
Saxlanılanlarla bağlı araşdırmalar davam edir.