Türkiyənin cənub-şərqindəki Siirt əyalətində antiterror aksiyası keçirilib.
Bu barədə “Report” ölkə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı 5 nəfər zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçular arasında 1 qadın da var. Qeyd edilir ki, öldürülənlərdən biri təhlükəli terroçu "Kendal Cizir" kod adlı Mazlum Matdır.
Əməliyyat zamanı xeyli sayda silah-sursat ələ keçirilib.