Türkiyədə “Fırat Kalkanı” əməliyyatının gerçəkləşdirilməsinin 5-ci ildönümü münasibətilə “Ümidin əsgərləri” adlı sənədli film çəkilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Filmin müəllifi Nazlı Çelikdir.
Qeyd edək ki, Suriyanın şimalında 2016-cı ildə keçirilən əməliyyat İŞİD-ə qarşı gerçəkləşdirilib. 24 avqust səhər 04:00-da başlanan əməliyyat nəticəsində terror təşkilatına məxsus hədəflər zərərsizləşdirilib.
7 ay 5 gün davam edən əməliyyat nəticəsində Cerablus, Çobanbey, Mare, Azez, El Bab yaşayış məntəqələri – ümumilikdə 2055 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. 3 mindən çox İŞİD üzvü məhv edilib.
“Fırat Kalkanı” əməliyyatı ilə on minlərlə mülki insanın dinc həyatının bərpası təmin edilib.