Türkiyədə fabriklərdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-2

Türkiyədə fabriklərdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-2 Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.
Region
23 İyul , 2024 14:25
Türkiyədə fabriklərdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-2

Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.

“Report” xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində ümumilikdə 7 obyektə ziyan dəyib. Qeyd olunub ki, Onlardan 3-ü boş olub.

Digər dörd müəssisəyə dəymiş ziyan digərlərinə nisbətən daha ciddidir.

12:35

Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i də məlumat yayılıb.

Bildirilib ki, yanğın ətrafdakı müəssisələrə də keçib.

Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb.

12:06

Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklər yanır.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin başvermə səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi