Fevral ayında Türkiyədə illik inflyasiya 48,69%-dən 54,44%-dək yüksəlib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutu məlumat yayıb.
Fevral ayında Türkiyədə istehlak məhsullarının qiyməti 4,81% artıb.
Xatırladaq ki, 2021-ci ildə TCMB-nin uçot dərəcəsini bir neçə dəfə endirməsindən sonra lirə kəskin şəkildə dəyər itirib. Belə ki, ilin əvvəli 7,4 lirəyə mübadilə olunan 1 ABŞ dolları dekabrın 20-də rekord 18,4 lirə səviyyəsinə çatıb. Noyabr ayının 23-cü qeydə alınmış 18%-lik eniş son 20 ilin ən yüksək göstəricisi olub.