Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı əməliyyat keçirib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Əməliyyat nəticəsində 15 xarici vətəndaş saxlanılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçulara qarşı mübarizənin qətiyyətlə davam etdiyini bildirmişdi.