Türkiyədə koronavirusa yoluxma hallarının sayı 244 392-ə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca öz "Twitter" səhifəsində qeyd edib.
Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1212 yoluxma aşkarlanıb.
Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 891 nəfərə çatıb.