Türkiyədə mədən qəzasında xəsarət alanların sayı 45 nəfərə çatıb

Türkiyədə mədən qəzasında xəsarət alanların sayı 45 nəfərə çatıb Türkiyədə kömür mədənində partlayış olub.
Region
19 Dekabr , 2021 02:20
Türkiyədə mədən qəzasında xəsarət alanların sayı 45 nəfərə çatıb

Türkiyənin İzmir vilayətində kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı artıb.

“Report” bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya istinadən xəbər verir.

Nazir özünün tviterdəki hesabında yaralı sayının 45 nəfərə çatdığını bildirib.

“İzmirdə, Kınıkda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınıkda, 6 nəfər Berqamada, 21 nəfər isə Soma Dövlət Xəstəxanasında müalicə olunur. Hadisə yerinə 14 təcili yardım maşını, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu), ümumilikdə 48 səhiyyə işçisi ayrılıb”, - Fahrettin Koca sosial şəbəkədəki hesabında yazıb.

Hadisə ilə bağlı ilkin məlumatda qeyd edilirdi ki, mədəndə partlayış baş verib. Qəza zamanı mədəndə 50-yə yaxın işçi olub, onlardan bəziləri zəhərlənib. Mədən qəzası zamanı ölən olmayıb. 

Əraziyə İzmir və Manisa vilayətlərinin təcili tibbi yardım briqadaları cəlb edilib.

00:15

Türkiyədə kömür mədənində partlayış olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə İzmirdə qeydə alınıb.

Yerli vaxtla saat 21:00-da Kınık rayonunda baş verən partlayış zamanı 8 işçi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi