Türkiyədə neft quyusunda partlayış olub, ölən və yaralanan var

Türkiyədə neft quyusunda partlayış olub, ölən və yaralanan var Türkiyənin Diyarbakir şəhərində neft quyusunda partlayış olub.
Region
23 Fevral , 2024 15:45
Türkiyədə neft quyusunda partlayış olub, ölən və yaralanan var

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

“Report” “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışa səbəb kimi həddən artıq qaz yığılması göstərilir.

Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Son xəbərlər

Orphus sistemi