Türkiyənin Bitlis əyalətinin Tatvan rayon polisi qanunsuz miqrantlara və qaçaqmalçılara qarşı əməliiyat keçirib.
Bu barədə “Report” Türkiyə mətbuatına isitnadən xəbər verir.
Məlumata görə, Tatvanda 36 qanunsuz miqrant aşkarlanıb. Onların hansı ölkələrin vətəndaşları olduqları açıqlanmır.
Qeyd edilir ki, qaçaqmalçılığa və insan alverinə qarşı mübarizə davam etdiriləcək.