Türkiyənin Bitlis əyalətində PKK-ya qarşı əməliyyat zamanı təhlükəsizlik xidmətinin 1 əməkdaşı həlak olub.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Tatvan rayonu ətrafında qeydə alınıb. Əməliyyat zamanı baş verən atışmada daha 5 jandarm əməkdaşı yaralanıb. Yaralılar Tatvan Dövlət Xəstəxanasına çatdırılıb.
Hazırda bölgədən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün havadan dəstək verilməklə əməliyyat aparılır.