Bu gündən Türkiyədə risk qruplarına yeni doza vaksin tətbiq ediləcək

Bu gündən Türkiyədə risk qruplarına yeni doza vaksin tətbiq ediləcək Türkiyədə sabahdan etibarən risk qruplarına görə "mRNA" peyvəndi olanlara xatırlatma dozası tətbiq olunacaq.
Region
4 Noyabr , 2021 05:53
Bu gündən Türkiyədə risk qruplarına yeni doza vaksin tətbiq ediləcək

Bu gündən etibarən Türkiyədə risk qruplarına görə "mRNA" peyvəndi tətbiq olunacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Səhiyyə naziri "mRNA" peyvəndinin ikinci dozasından altı ay keçən tibb işçiləri, 18-60 yaş arası xroniki xəstələr və 60 yaşdan yuxarı insanların peyvənd olunacağını qeyd edib.

"İki dəfə peyvənd olunan insanlar yeni doza üçün könüllü olmalıdırlar. Onlar ən yaxın şəhər xəstəxanasına müraciət edə bilərlər", - Koca vurğulayıb.

Son xəbərlər

Orphus sistemi