Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə Milasda baş verib. Qəza zamanı mikroavtobusda olan 21 şagirddən 12-si xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, yaralılardan 11-i Milas Dövlət Xəstəxanasına, 1-i isə özəl tibb müəssisəsinə çatdırılıb. Qəzanın başvermə səbəbləri açıqlanmır.