Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.
Nazir əlavə edib ki, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstənin 38-si Sinop şəhər xəstəxanasına, digərləri evlərinə köçürülüb.
Xatırladaq ki, Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.
Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər ölüb.
"Report"un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bununla da ölənlərin sayı 31-ə çatıb.
Belə ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə bir nəfərin itkin düşdüyü deyilir.
Türkiyədə sel nəticəsində ölənlərin sayı 27-yə çatıb.
"Report" “TRT Haber”ə istinadən xəbər verir ki, təbii fəlakət, əsasən, Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərinə ziyan vurub.
Ölüm hallarından 25-i Kastamonuda, 2-si isə Sinopda qeydə alınıb.
Bölgədə genişmiqyaslı dağıntı meydana gəlib.