Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Adana yolunda baş verib.
Avtobus Siirtdən Ankaraya gedirmiş.
Qəza nəticəsində 31 sərnişindən biri hadisə yerində dünyasını dəyişib, 10 nəfər isə yaralanıb. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.
Avtobusun sürücüsü saxlanılıb. İlkin ehtimala görə, sürücü sürət həddini aşıb və nəticədə idarəetməni itirərək avtobusu aşırıb.
Faktla bağlı araşdırma aparılır.