Türkiyədə tekstil müəssisələrinin yerləşdiyi binada güclü yanğın olub

Türkiyədə tekstil müəssisələrinin yerləşdiyi binada güclü yanğın olub Türkiyənin İstanbul şəhərində tekstil müəssisələrinin yerləşdiyi binada yanğın baş verib.
Region
6 Sentyabr , 2021 09:34
Türkiyədə tekstil müəssisələrinin yerləşdiyi binada güclü yanğın olub

Türkiyənin İstanbul şəhərində tekstil müəssisələrinin yerləşdiyi binada yanğın baş verib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə şəhərin Arnavutköy rayonunda olub.

Bildirilib ki, 8 mərtəbədən ibarət olan binada 6 tekstil müəssisəsi yerləşir. Binanın dam örtüyünü alov bürüyüb, insanlar təcili şəkildə təxliyə edilib.

58 yanğınsöndürən vasitə, 167 personalın cəlb edildiyi yanğınsöndürmə əməliyyatı bir neçə saat sonra nəticə verib. Yanğın nəzarət altına alınıb.

Ehtimallara görə, yanğın tüstü bacasındakı nasazlıq səbəbindən yaranıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi