Türkiyənin Daxili İşlər Nazirliyi “Eren-11” əməliyyatı çərçivəsində terrorçuları zərərsizləşdirib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilir ki, antiterror əməliyyatı Bitlis əyalətinin Xizan rayonunda keçirilib. Əməliyyata ölkənin Hərbi Hava Qüvvələri, o cümlədən zərbə uçuş aparatları, “Atak” helikopterləri və jandarm xüsusi təyinatlıları cəlb olunub.
Əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.