Türkiyədə yaşayış məntəqələri üçün təhlükə törədən meşə yanğınlarının hamısı söndürülüb.
“Report” xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli “A Haber” telekanalının efirində bildirib.
“Hazırda yaşayış məntəqələrinə təhlükə törədən yanğınlar yoxdur. Yanmış ərazilər başqa məqsədlər üçün istifadəyə verilməyəcək, onlar bərpa ediləcək”, - nazir deyib.