Türkiyədə xarici ölkə vətəndaşlarının xəsarət almaları ilə nəticələnən yol qəzası olub.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Karabük-Ankara magistral yolunun Eskibazar rayonundan keçən hissəsində baş verib. Belə ki, naməlum sürücünün idarə etdiyi sərnişin mikroavtobusu arxadan yük avtomobilinə çırpılıb.
Qəza zamanı mikroavtobusda olan Gürcüstan vətəndaşları - Makvala Jomidava (56 yaş), Tsıala Şaraşıdze (50 yaş), Mindia Jabnıdze (37 yaş), Eldar Guofquadze (35 yaş), Dinari Jamidava (33 yaş), Ramın Tavdgırıdze (31 yaş) və Mariamı Katamadze (25 yaş) xəsarət alıblar.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə Karabük Xəstəxanasına yerləşdiriliblər.