Türkiyədə 4,7 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeralı təkanlar yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə 01:58) qeydə alınıb. Zəlzələnin episentri Van şəhərindən 46 kilometr şimalda qeydə alınıb. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.