Türkiyədə zəlzələ baş verib.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:37-də Balıkəsir vilayətinin Erdek rayonunda 3,7 bal gücündə, qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Qeyd edilir ki, zəlzələ Erdek rayonunda hiss edilib. Dağıntı və ya tələfat qeydə alınmayıb.