Türkiyədən Yunanıstana keçməyə çalışan qanunsuz miqrantların olduğu qayıq Ege dənizində Samos adası sahillərində batıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i Yunanıstanın dövlət televiziyasına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ikisi qadın, ikisi uşaq olmaqla dörd nəfər ölüb. Onların cəsədləri tapılıb. Daha 16 nəfər isə xilas edilib.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, daha əvvəl Samos adası sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölmüşdü.