Türkiyəli nazir: PKK ilə əməkdaşlıqda şübhəli bilinən doqquz nəfər saxlanılıb

Türkiyəli nazir: PKK ilə əməkdaşlıqda şübhəli bilinən doqquz nəfər saxlanılıb Türkiyədə PKK terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən doqquz şəxs saxlanılıb.
Region
23 İyul , 2024 16:32
Türkiyəli nazir: PKK ilə əməkdaşlıqda şübhəli bilinən doqquz nəfər saxlanılıb

Türkiyədə PKK terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən doqquz şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, Mersində çəkildiyi deyilən və sosial şəbəkədə yayılan videoda bir qrup şəxsin PKK rəhbərləri lehinə şüarlar səsləndirdiyi müəyyən olunub.

Bundan sonra hərəkətə keçən hüquq-mühafizə orqanları tərəfindən şübhəlilərdən doqquz nəfər saxlanılıb.

Axtarış tədbirləri nəticəsində bəzi rəqəmsal vasitələr, həmçinin silah-sursat ələ keçirilib.

Nazir bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edir.

Son xəbərlər

Orphus sistemi