Türkiyənin 7 şəhərində əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub

Türkiyənin 7 şəhərində əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub Türkiyənin 7 şəhərində leysan yağışları barədə sakinlərə xəbərdarlıq edilib.
Region
10 Sentyabr , 2021 10:00
Türkiyənin 7 şəhərində əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub

Türkiyənin 7 şəhərində leysan yağışları barədə sakinlərə xəbərdarlıq edilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul, Çanakkale, Balıkesir, Bursa, Yalova, Kocaeli və Sakarya şəhərlərində güclü yağış yağması gözlənilir. Küləyin sürətinin artması və fırtınaya çevrilməsi barədə əhaliyə xəbərdarlıq olunub.

İnsanlara sel, su basması, ildırım vurması kimi ekstremal hadisələrə hazır olmaq və ehtiyatlı davranmaq tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi