Türkiyədə zəlzələ baş verib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hadisə Antalyanın Kumluca rayonunda baş verib.
Rixter şkalası ilə 4,5 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 26 kilometr dərinliyində yerləşib.
Fəsadlar barədə məlumat yoxdur.