Türkiyənin Çanaqqala vilayətinin Biqa bölgəsində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların ocağı təxminən 7 km dərinlikdə olub.