Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayının bu il martın 24-də keçirilməsi planlaşdırılır.
“Report” “Ahaber”ə istinadən xəbər verir ki, qurultayda partiyanın mərkəzi oranlarına seçkilər keçiriləcək.
Məlumata görə, Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan Anakar idman zalında keçiriləcək qurultayda Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı AKP-nin manifestini açıqlayacaq.
Qeyd edək ki, qurultayın həmin tarixə təyin edilməsi təsadüfi deyil. Rəcəb Tayyib Ərdoğanı 1999-cu il martın 24-də Pınarhisar həbsxanasına salıblar.