Türkiyə Prezidenti yanında Məşvərət Şurasının üzvü, ölkənin keçmiş baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut vəfat edib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, o, aprelin 14-də müalicə aldığı Ankara Universitetinin xəstəxanasında 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Y.Akbulut 1935-ci ildə Ərzincan şəhərində doğulub. O, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri olub.
Y.Akbulut 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri işləyib. T.Özal ölkə prezidenti seçildikdən sonra Ana Vətən Partiyasının (ANAP) sədri seçilib və 1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsini tutub.
O həmçinin 1999-2000-ci illərdə yenidən TBMM-in sədri vəzifəsində çalışıb.