Cari il yanvarın 1-dən Türkiyənin daxilində və xaricdə keçirilən əməliyyatların gedişatında 1 162 terrorçu zərərsizləşdirilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Son 5 ayda ümumilikdə 181 əməliyyat (iri həcmli 43 və orta həcmli 138 əməliyyat) keçirilib.
"Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatlarının (İraqın şimalında) gedişatında bu günə qədər PKK-nın 142 silahlısı, həmçinin terror təşkilatının bir başçısı zərərsizləşdirilib. Əməliyyatlar zamanı 110 sığınacaq və 398 mina məhv edilib", - xəbərdə deyilir.