PKK terror təşkilatı sıralarından qaçan 5 nəfər dünən Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, terror təşkilatının təslim olan üzvlərinin 2009-2015-ci illərdə Suriya, İraq və İranda fəaliyyət göstərdikləri təsbit edilib.
Bununla da 2021-ci ildə silahı yerə qoyaraq təslim olan PKK terrorçularının sayı 86-ya çatıb.