“Kastamonu, Bartın və Sinopu təbii fəlakət zonası olaraq elan edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonunun Bozkurt rayonunda vətəndaşlara müraciətində deyib.
“Bu günə qədər zəlzələdən selə və yanğınadək yaşadığımız hər hadisədə Türkiyədə heç kimsənin sahibsiz olmadığını dosta da, düşmənə də göstərdik”, - o vurğulayıb.