“Türk dünyası ilə Şimali Kiprin əlaqələrini gücləndirməyə çalışırıq”.
“Report” xəbər verir ki, bunu Şimali Kiprdə səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun üçün səylər göstərilir: “Bugünkü görüşlərimizdə də bu barədə danışacağıq".
C.Yılmaz qeyd edib ki, Türkiyə daim dost və qardaş ölkələrin yanındadır: “Liviyada daşqınların nəticəsinin aradan qalması üçün səylərimiz də bunun göstəricisidir”.
Vitse- prezidentin sözlərinə görə, Türkiyə ilə Şimali Kipr arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq davam edir: “Həyata keçirdiyimiz layihələr Şimali Kiprlə Türkiyənin qardaşlığının təzahürüdür. Bizim taleyimiz birdir. Heç kim əlaqələrimizə təsir edə bilməz”.
O söyləyib ki, Şimali Kiprlə Türkiyə bütün sahələrdə birgə addımlayacaq.