Türkiyənin Yunanıstan və Suriya ilə sərhədini keçməyə çalışan 6 nəfər saxlanılıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 5 nəfəri qanunsuz olaraq Yunanıstan, 1 nəfəri isə Suriya ərazisinə daxil olmağa çalışıarkən yaxalanıb.
Saxlanılan şəxslərdən birinin FETO, daha birinin isə PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib.