Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Türkiyəyə gedəcək.
“Report” xəbər verir ki, o, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Liderlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə danışacaq, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Səfər 2 gün davam edəcək.
Bu, S.Berdiməhəmmədovun Türkiyəyə ilk rəsmi səfəridir.
Qeyd edək ki, Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub.