Türkmənistanın dövlət şirkəti Azərbaycanda ilk dəfə nümayəndəlik açacaq

Türkmənistanın dövlət şirkəti Azərbaycanda ilk dəfə nümayəndəlik açacaq “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC Azərbaycanda ilk dəfə olaraq rəsmi nümayəndəlik açacaq.
Region
26 İyul , 2022 17:46
 Türkmənistanın dövlət şirkəti Azərbaycanda ilk dəfə nümayəndəlik açacaq

“Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC Azərbaycanda ilk dəfə olaraq rəsmi nümayəndəlik açacaq.

“Report” xəbər verir ki, müvafiq sənəd Aşqabadda keçirilən “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf” konfransı çərçivəsində imzalanıb.

Türkmənistan şirkətinin tərəfdaşı Azərbaycanın “Caspian Logistics Solutions” şirkətidir.

“Caspian Logistics Solutions” “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC-nin Azərbaycanda nümayəndəliyinin qeydiyyatı və fəaliyyətinin təşkilini öz üzərinə götürüb.

Bundan başqa, tərəflər regionda maraqların təmsil olunması, xidmət, yük daşımalarının təşkili və logistik həllərin təmin edilməsi sahələrində əməkdaşlıq edəcək.

Son xəbərlər

Orphus sistemi