Ukrayna DİN: Rusiya SQ-nin hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Ukrayna DİN: Rusiya SQ-nin hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb Ukraynanın Krivoy Roq şəhərində Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumları nəticəsində 10 nəfər həlak olub.
Region
8 İyul , 2024 13:30
Ukrayna DİN: Rusiya SQ-nin hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin (SQ) Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 20 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Krivoy Roq şəhərində Rusiya SQ-nin raket hücumları nəticəsində həlak olanların sayı 10 nəfər olub.

Bütün təcili yardım, kommunal və tibb bölmələri işləyir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələri hücum zamanı 40-dan çox müxtəlif tipli raketlərdən istifadə edib. Nəticədə yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi