Ukrayna kəşfiyyatı: "Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışırıq"

Ukrayna kəşfiyyatı: "Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışırıq" “Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışırıq”.
Region
2 May , 2023 12:42
Ukrayna kəşfiyyatı: Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışırıq

“Rusiyanın Krımla əlaqəsinin kəsilməsinə çalışırıq”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.

O, Rusiya ilə Krım arasında əlaqənin kəsilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.

A.Çernyak deyib ki, Rusiya istiqamətində körpüdə kilometrlərlə uzunluğunda yaranan tıxaclar bunun sübutudur.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Krım azad olunmadan müharibənin başa çatmayacağını bildirib.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı qanunsuz şəkildə ilhaq edib.

Son xəbərlər

Orphus sistemi