Ukrayna MDB-nin mobil rabitə əməkdaşlığı haqqında müqaviləsindən çıxıb.
“Report” xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Vasili Mokan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna Nazirlər Kabinetinin martın 3-də keçirilən toplantısında MDB-nin “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlıq haqqında Sazişdən çıxmaq” barədə layihə müzakirə olunub. Hökumət layihəni dəstəkləyib.
Xatırladaq ki, 2016-cı il noyabrın 9-da Ukraynanın Ali Radasına ölkənin MDB üzvlüyündən çıxmasına dair qanun layihəsi təqdim edilib.