“İtkilərimiz 9 min nəfərdən çoxdur”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, bu, dəqiq rəqəm deyil: “Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil”.
A.Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib:
“Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır”.