Ukrayna Prezidenti parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib

Ukrayna Prezidenti parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib Ukrayna prezidenti Volodımır Zelenskiy bir neçə vətəndaşlıq haqqında qanun layihəsini parlamentə təqdim edib.
Region
1 Dekabr , 2021 13:34
Ukrayna Prezidenti parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodımır Zelenskiy bir neçə vətəndaşlıq haqqında qanun layihəsini parlamentə təqdim edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu dövlət başçısı parlamentə illik müraciətində bildirib.

O deyib ki, dünyada ukraynalı toplumun dəstəklənməsi xarici siyasətimizin mühüm istiqamətlərindəndir.

Prezident bir neçə vətəndaşlıq məsələsinin ABŞ, Kanada, Avropa İttifaqı ölkələrində yaşayan ukraynalılar üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: “Bu gün müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarıram. İlk dəfə dünya ukraynalıları özlərini yalnız diaspor, yalnız Ukrayna mənşəli yox, Ukrayna vətəndaşı kimi də hiss edəcəklər!”

Son xəbərlər

Orphus sistemi