Ukrayna Prezident Ofisinin (UPO) rəhbəri Andriy Yermak rusiyalı əsgərlərin əsir düşmüş ukraynalı hərbçini “Yaşasın Ukrayna” şüarına görə güllələməsini şərh edib.
“Report” xəbər verir ki, bu barədə A.Yermak
“Əsiri öldürmək Rusiyanın növbəti hərbi cinayətidir. Bu, Kremlin təbliğatı ilə “nasistlər” haqqında miflərlə ağa çıxarılan düşünülmüş terror siyasətinin ünsürüdür. Hər bir belə hərbi cinayət cəzalandırılacaq. Heç kim ondan gizlənə bilməz. Hamını tapacağıq”, - UPO-nun rəhbəri vurğulayıb.
Olayla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski də sosial şəbəkədə
“Yaşasın qəhrəmanımız! Yaşasın qəhrəmanlar! Yaşasın Ukrayna!”, - o qeyd edib.
Xatırladaq ki, sosial şəbəkədə rusiyalı əsgərlərin əsir düşmüş ukraynalı hərbçini gülləməsinə dair görüntülər yayılıb. İşğalçılar qarşısında dayanan ukraynalı hərbçi “Yaşasın Ukrayna” sözlərinə görə qətlə yetirilib.