“Ukraynanın NATO-ya üzv olması Donbasda müharibənin başa çatmasının yeganə yoludur”.
“Report” UNİAN-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya üzvlüyə doğru gedir: “Bu, Donbasda müharibənin bitməsinin yeganə yoludur. Biz ordumuzda və müdafiə sektorunda islahatlar aparırıq. Rusiyanın qarşısı yalnız islahatlarla alınmaz. Üzvlüklə bağlı fəaliyyət planı Rusiya üçün əsl siqnal olacaq”.
Y.Stoltenberq isə qeyd edib ki, NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.