Ukrayna Prezidenti Volodimir Zelenski mayın 3-də Polşaya səfər edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşa prezidentinin beynəlxalq siyasət üzrə bürosunun başçısı Kşiştof Şerski bildirib.
Məlumata görə, Polşanın paytaxtı Varşavada Volodimir Zelenskinin Baltikyanı ölkələrin prezidentləri ilə görüşü gözlənilir.
Onun səfəri Polşa Konstitusiya Gününə təsadüf edəcək.