"Rusiya Federasiyası Ukrayna ilə danışıqlara getməkdən imtina edir".
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak bildirib.
“Şübhəsiz ki, Rusiya hazırda heç bir danışıqlara getmir və getməyəcək də. Onlar qərar qəbul ediblər və danışıqlar masası arxasına oturmağa məcbur edilməyincə, bu qərarı ildırım sürəti ilə sonadək icra etməyə çalışacaqlar. Onlar bu müddət ərzində bizə maksimum zərər vurmağa və hansısa məqsədlərə çatmağa çalışacaqlar”, - Podolyak deyib.
Kremlin mətbuat katibi Dmirti Peskov isə fevralın 24-ü Donbasda hərbi əməliyyatlar başladıqdan sonra Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə danışıqlar aparmağı təklif etdiyini bildirmişdi.