Ukrayna rəsmisi: “Rusiya Kiyevi Xəzər dənizi regionundan raket atəşinə tutub”

Ukrayna rəsmisi: “Rusiya Kiyevi Xəzər dənizi regionundan raket atəşinə tutub” “51 günlük fasilədən sonra düşmən xüsusilə paytaxta növbəti raket hücumu həyata keçirib. Xəzər dənizi regionundan “Tu-95” strateji bombardmançı təyyarələri vasitəsilə Xa101 və Xa555 tipli raketlər atılıb”.
Region
28 Aprel , 2023 15:03
Ukrayna rəsmisi: “Rusiya Kiyevi Xəzər dənizi regionundan raket atəşinə tutub”

“51 günlük fasilədən sonra düşmən xüsusilə paytaxt Kiyevə növbəti dəfə raket hücumu həyata keçirib. Xəzər dənizi regionundan “Tu-95” strateji bombardmançı təyyarələri vasitəsilə Xa101 və Xa555 tipli raketlər atılıb”.

Bunu “Report”un Şərqi Avropa Bürosuna açıqlamasında Kiyev Şəhər Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov bildirib.

“Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Mixail Şamanov bildirib ki, ilkin məlumatlara görə, Kiyev şəhərinin hava məkanında 11 qanadlı raket, 2 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Paytaxtın Obolonski rayonu ərazisində raket parçalarının düşməsi nəticəsində elektrik xətti kəsilib, yol örtüyü zədələnib”, - o vurğulayıb.

M.Şamanov qeyd edib ki, raket hücumu nəticəsində mülki əhali arasında itki qeydə alınmayıb, yaşayış məntəqələri və böyük infrastruktur obyektlərinə zərər dəyməyib.

“Biz bir daha Kiyev sakinlərinə və şəhərin qonaqlarına müraciət edirik ki, hava hücumu zamanı sığınacaqlara getsinlər. Dağılmış infrastrukturu bərpa edəcəyik, lakin indi ən qiymətli olan ukraynalıların həyatıdır”, - ukraynalı rəsmi deyib.

Son xəbərlər

Orphus sistemi