Ukrayna Rusiyanı dayandırmaq üçün Çindən dəstək istəyib

Ukrayna Rusiyanı dayandırmaq üçün Çindən dəstək istəyib Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.
Region
1 Mart , 2022 17:35
Ukrayna Rusiyanı dayandırmaq üçün Çindən dəstək istəyib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumat Ukrayna Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində yayılıb.

Ukraynalı nazir çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı “təcavüzünü inkişaf etdirməsi” barədə məlumat verib. O, Van İni Pekinlə Moskva arasındakı münasibətlərdən istifadə edərək Rusiyanı “Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa vadar etməyə” çağırıb.

Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanı əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq.

Son xəbərlər

Orphus sistemi