“Ukraynanın məhv edilməsini tələb edənlər səfərbərlik əldə etdilər".
“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
“Üçgünlük müharibə”nin 210-cu günü gedirdi. Ukraynanın məhv edilməsini tələb edən rusiyalılar, nəhayət, əldə etdilər:
1. Səfərbərlik;
2. Sərhədlərin bağlanması, bank hesablarının dondurulması;
3. Fərariliyə görə həbsxana;
4. Özəl Hərbi Şirkətlərdəki döyüşçülər üçün xüsusi məhbus dəstələri.
Hər şey hələ də plana uyğun gedir, deyilmi? Həyatın çox gözəl yumor hissi var”, - Prezident Ofisinin rəsmisi qeyd edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.