Ukrayna XİN başçısı Rusiyanın müharibə cinayətlərinin tanınması ilə bağlı dünya ölkələrinə müraciət edib

Ukrayna XİN başçısı Rusiyanın müharibə cinayətlərinin tanınması ilə bağlı dünya ölkələrinə müraciət edib “Kritik mülki infrastruktura hədəflənmiş raket zərbələri müharibə cinayətləridir”.
Region
24 Noyabr , 2022 12:47
Ukrayna XİN başçısı Rusiyanın müharibə cinayətlərinin tanınması ilə bağlı dünya ölkələrinə müraciət edib

“Rusiyanın kritik mülki infrastruktura hədəflənmiş raket zərbələri müharibə cinayətləridir. Dünya ölkələri bu məsələyə münasibət bildirməlidir”.

“Report” xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb.

"Rusiyanın soyqırımı müharibəsi və terroruna kim, hansı səbəblə neytral qala bilər?”, - o qeyd edib.

Xatırladaq ki, noyabrın 23-də Rusiya ordusu Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoymuşdu.

Son xəbərlər

Orphus sistemi