Ukrayna Xarici İşlər Nazirliyi növbəti dəfə NATO-ya müraciət edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində bildirilib.
“Putin göstərdi ki, o, regional və qlobal təhlükəsizliyi təhdid etməyə hazırdır. Onun yaratdığı risk heç bir məhdudiyyət tanımır. Dayanmasa, növbəti zərbəni hara vuracağı bilinmir. Biz NATO ölkələrindən səmanı bağlamağa kömək etmələrini xahiş edirik”, - nazirlikdən qeyd olunub.