Ukraynada genişmiqyaslı səfərbərliyi nəzərdə tutan qanun layihəsi parlamentə təqdim olunub

Ukraynada genişmiqyaslı səfərbərliyi nəzərdə tutan qanun layihəsi parlamentə təqdim olunub Ukraynada genişmiqyaslı səfərbərliyi və uzun müddətdir döyüşənlərin demobilizasiyasını nəzərdə tutan qanun layihəsi yeni və hazır variantda yenidən Ali Radaya təqdim olunub.
Region
9 Yanvar , 2024 11:00
Ukraynada genişmiqyaslı səfərbərliyi nəzərdə tutan qanun layihəsi parlamentə təqdim olunub

Ukraynada genişmiqyaslı səfərbərliyi və uzun müddətdir döyüşənlərin demobilizasiyasını nəzərdə tutan qanun layihəsi yeni və hazır variantda yenidən Ali Radaya təqdim olunub.

Ali Radanın mətbuat xidmətindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, Nazirlər Kabinetində baxılaraq təkmilləşdirilmiş formada parlamentə geri təqdim olunan qanun layihəsi bu həftədən müzakirəyə çıxarıla bilər.

Qanun layihəsinin cəmiyyətdə və beynəlxalq auditoriyada ciddi müzakirələrə səbəb olan məqamları nəzərə alınaraq daha kompromis formaya gətirildiyi bildirilir.

Qeyd edək ki, sənəddə döyüşlərə çağırış yaşının minimum 27-dən 25-ə endirilməsi, qadınların səfərbərliyə rəsmən cəlb olunması və bur sıra məqamlar var. Hakim "Xalqın xidmətçisi" Partiyasından deputatlar və prezident Volodimir Zelenski qadınların hərbi səfərbərliyə cəlb olunmasının əleyhinə çıxış ediblər.

Qanun layihəsi yarım milyona yaxın şəxsi heyətin orduya cəlb olunmasını nəzərdə tutur və bunun ardınca Ukraynanın cəbhədə daha ciddi nailiyyətlər üçün addımlar atacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi